Novruz şənliyi

18.03.2025-ci il tarixdə Qaradağ rayonunda möhtəşəm Novruz şənliyi təşkil edildi.
Bu şənlikdə Qaradağ rayon məktəbləri, o cümlədən, 274 №li tam orta məktəbin direktoru Nəriman Mürsəliyev başda olmaqla, bir qrup müəllim və şagird heyəti iştirak etdi.
Texnologiya müəllimlərinin hazırladıqları əl işləri hamı tərəfindən maraqla qarşılandı.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun gəlişi məktəblilərin sevincinə səbəb oldu.
Şagirdlər də xalqımızın bu gözəl bayramını təbrik etmək üçün həvəslə çıxış etdilər.