Kiçik Akademiya

Kiçik Akademiyada müsabiqə keçirilibDekabrın 3-də “Kiçik Akademiya” adlı müsabiqənin məktəbdaxili turu keçirilib. Bu müsabiqənin məktəb turunda aşağıdakı mövzular üzrə şagirdlər tərəfindən təqdimatları təqdim edilib. 1. “Məktəb Ekologiyası”- Qasımova Zümrüd. 2. “Cəmiyyət və təbiət”- Babayeva Aygün. 3. “Səs-küy çirklənməsi”- Abdullayeva Nərgiz. 4. “Azərbaycanın biomüxtəlifliyi”- Abışova Mədinə. 5. “Plastik qablaşdırmadan istifadənin orqanizmə mənfi təsiri”- Fəttahova Səbinə. 6. “Alternativ qablaşdırma materiallarından istifadənin əhəmiyyəti”- Behbudova Nataşa və digər təqdimatlar keçirilib. Bu təqdimatlar içərisində Qasımova Zümrüdün təqdim etdiyi “Məktəb və Ekologiya” təqdimatı seçilərək növbəti tura vəsiqə qazanıb.

Ətraflı

" Kiçik Akademiya "“Kiçik Akademiya”nın yaradılması Azərbaycan Respublikası Təhsil Nazirinin 21.01.2018-ci il ,63 nömrəli əmrinə əsasən təsdiq edilmişdir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 24 avqust 2018-ci il tarixli, F-265 nömrəli əmrinə və “Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında” Əsasnamənin 15.6 bəndinə uyğun olaraq E. Şirəliyev adına 274 nömrəli tam orta məktəbdə “Kiçik Akademiya” 05.02.2019-cu il tarixindən fəaliyyətə başlayıb. İlk gündən əsas məqsədimiz məktəbimizdə təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətlərinə dəstək olunması, elmi tədqiqata meyli olan və xüsusi istedadı olan şagirdlərin aşkar olunmasından ibarətdir. Şagirdlərin dünya görüşünü formalaşdırmaq üçün ekskursiyaların təşkil olunması, elmi layihələrdə iştirak olunması, məruzə və referatların hazırlanması əsas hədəflərimizdəndir. Məktəbdə “Kiçik Akademiya ” çərçivəsində humanitar, təbiət, fizika-riyaziyyat, texniki, sosial-iqtisadi bölmələr fəaliyyət göstərir. “Kiçik Akademiya ” fəaliyyətə başladığı müddətdən zəruri işlər həyata keçirilib, belə ki, akademiyanın fəaliyyət planı hazırlanaraq , təsdiq edilib. Şagirdlərin meyl və bacarıqları nəzərə alınaraq müvafiq bölmələr üzrə üzvlüyə qəbul edilib. “Kiçik Akademiya”nın fəaliyyət planına əsasən bölmələr üzrə aylıqlar keçirilib. Tarix bölməsi üzrə şagirdlərin intelektual yarışı keçirilib. Məktəbin “Kiçik Akademiya”sı qarşıda duran məqsədlərə çatmaq üçün elmin təbliği, elmlə təhsilin vəhdətinin yaradılmasını, xüsusi istedadlı şagirdlərin , yəni, “Kiçik Alimlər”in aşkarlanmasını planlaşdırır. Kiçik Akademiyanın tərkibi aşağıdakı kimidir: Akademiyanın prezidenti: Qasımova Ülfət Müavinlər: Ramazanova Sevil, Cəfərova Aytən Bölmə rəhbərləri: Riyaziyyat: Qarayev Arif Humanitar: Əliyeva Yeganə Kimya: Cəfərova Aytən Biologiya: Ramazanova Sevil Fizika : Əzizova Afət

Ətraflı
HAQQIMIZDA

1985-ci ildə əhalinin təlabatı nəzərə alınaraq Müşfiqabad qəsəbəsində 4 mərtəbədən ibarət 1176 yerlik məktəb binası inşa edilərək şagirdlərin istifadəsinə verilmişdir. 2007-ci ildə şagird sıxlığı nəzərə alınaraq dövlət proqramına salınmaql...

BİZİM FƏXRLƏRİMİZ

Nahid Quliyev Əşrəf

Valeh Rəsulov Rövşən

HAQQIMIZDA

1985-ci ildə əhalinin təlabatı nəzərə alınaraq Müşfiqabad qəsəbəsində 4 mərtəbədən ibarət 1176 yerlik məktəb binası inşa edilərək şagirdlərin istifadəsinə verilmişdir. 2007-ci ildə şagird sıxlığı nəzərə alınaraq dövlət proqramına salınmaql...

BİZİM FƏXRLƏRİMİZ

Nahid Quliyev Əşrəf

Valeh Rəsulov Rövşən

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi