HAQQIMIZDA

1985-ci ildə əhalinin təlabatı nəzərə alınaraq Müşfiqabad qəsəbəsində 4 mərtəbədən ibarət 1176 yerlik məktəb binası inşa edilərək şagirdlərin istifadəsinə verilmişdir. 2007-ci ildə şagird sıxlığı nəzərə alınaraq dövlət proqramına salınmaqla Təhsil Nazirliyinin xətti ilə 20 sinif otağından ibarət 400 yerlik köməkçi-yardımçı bina inşa edilmişdir. Hal-hazırda 180 müəllim heyəti fəaliyyət göstərir və 3207 şagird 126 sinifdə komplektləşdirilmişdir. Müəllim-şagird sıxlığı 1:17,08 nisbətindədir. Məktəbdə tədris Azərbaycan və rus dillərində aparılır. Bütün fənnlər üzrə fənn kabinetləri müasir avadanlıqlarla təmin olunmuşdur. 6 informatika kabineti, kimya, fizika və biologiya laboratoriyaları fəaliyyət göstərir. Kitabxana müasir standartlara cavab verməklə bərabər, əlavə oxu zallarından ibarətdir. Bu da şagirdlərə mütaliə üçün geniş imkanlar yaradır. İdman zalında bütün idman növləri üzrə şərait yaradılmışdır. Əmək təlimi müəllimlərinin səyi nəticəsində şagirdlərin əl işləri rayon çərçivəsində keçirilən tədbirlərdə dəfələrlə rəğbətləndirilmişdir. Nəticə etibarilə 2015-2016-cı tədris ilinin yekunu üçün ''İlin məktəbi" adına layiq görülmüşdür. Təhsilin məzmun və keyfiyyətinin yüksəldilməsi məqsədilə mütəmadi olaraq açıq dərslər, "dəyirmi masa"lar və görüşlər təşkil edilir. Biliklərinin möhkəmləndirilməsi üçün müəllimlər kurslara cəlb edilir. Təlim-tərbiyənin keyfiyyətinin yüksəldilməsi məqsədilə müəllim məsuliyyətinin artırılması istiqamətində müntəzəm olaraq işlər aparılır. Əlamətdar günlər istər məktəb, istər rayon səviyyəsində yüksək qeyd edilir. Şagirdlərdə vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə əsgərlərlə mütəmadi görüşlər keçirilir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi