FƏXRİMİZ

     Etibar Əfsərağa oğlu Şirəliyev

 

      Etibar Əfsərağa oğlu Şirəliyev 1970-ci ildə Salyan rayonunda anadan olmuşdur.

   1977-ci ildə 172 nömrəli S.S.Axundov adına məktəbin  birinci  sinfinə  qəbul olmuş və 1987-ci ildə həmin  məktəbi bitirmişdir.

    İki il Sovet ordusu sıralarında, Russiyanın  Novosibirsk şəhərində hərbi xidməti başa vurmuşdur.

   Bakı Dəmiryolu Texnikumunu bitirdikdən sonra Sumqayıt şəhər polis idarəsində işə qəbul edilən Etibar 1992-ci ilin iyun ayından könüllü olaraq cəbhəyə getmişdir. Ağdam uğrunda gedən döyuşlərdə, xüsusən Papravənd kəndində şücaətlik göstərmiş, Naxçıvanik kəndi yaxınlığında mühasirəyə  düşmüş 40 nəfər əsgərimizi xilas etmək üçün qeyri-adi cəsarət nümayiş etdirmişdir. Onun ilk həmləsi ilə 8 əsgərimiz mühasirədən çıxmış, növbəti  əməliyyatda daha 4 hərbiçimiz öz əsgərlərimizlə birləşməyə imkan tapmışdır. Üçüncü dəfə 1992-ci ildə 22 yaşlı Etibar öz silahdaşlarının köməyinə can  atanda düşmən snayperi onun Vətən üçün döyünən ürəyini susdurdu.

   Hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 274 nömrəli tam orta məktəb Şəhid Etibar Şirəliyevin adını daşıyır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi