20 Yanvar - Qan yaddaşımız

20 Yanvar – Azərbaycanın azadlıq mübarizəsinin dönüm nöqtəsidir.

O gecə şəhidlərimizin tökülən qanı ilə azadlıq toxumları cücərdi.

20 Yanvar hadisələri təkcə bir faciə deyil, həm də müstəqilliyə doğru atılan ən böyük addımlardan biri idi.

20 Yanvar şəhidlərinin qanı ilə sulanmış bu torpaq bizim üçün müqəddəsdir və onların ruhu daim bizimlədir.

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Tədbirlər Planına uyğun olaraq məktəbimizdə 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş tədbir təşkil edilib.

Tədbirdə məktəb rəhbərliyi , müəllim və şagirdlər iştirak edib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə şagirdlər tərəfindən səhnəciklər nümayiş olunub, şeirlər səsləndirilib, musiqilər ifa olunub..