"İş yerində bədən dili" seminarıMəktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Nuhbalayeva Elnurə “American Edication College və Edumark Consulting”in birgə təşkilatçılığı ilə keçirilmiş “İş yerində bədən dili” seminarında iştirak etdiyi üçün sertifikatla təltif edilib.
Fərqlənən müəllimAzərbaycan Milli Cumhuriyyətinin 101-ci il dönümü münasibətilə məktəbin ibtidaisinif müəllimi Qətibə Süleymanova göstərdiyi aktiv fəaliyyətə görə “Saflıq” jurnalı redaksiyasının fəxri diplomu ilə təltif olunub.
İbtidai sinif müəllimlərinin 2-ci təhsil forumuYeni təhsil ilinin başlaması münasibətilə və Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasına dəstək olaraq İbtidai Sinif Müəllimlərinin 2-ci Təhsil Forumu keçirilib. Forum “Çinar Yayımları” nəşriyyatının təşəbbüsü və təşkilatçılığı ilə baş tutub.
Forum 8 sentyabr 2019-cu il tarixində ibtidai sinif və məktəbəqədər hazırlıq müəllimlərinin, həmçinin təhsil sahəsində öz sözünü demiş aparıcı təhsil işçiləri, professor və ekspertlərin iştirakı ilə həyata keçirilib.
Məktəbin ibtidai sinif müəllimi Sevil Rəfiyeva forumda iştirak edib və sertifikatla təltif edilib.