Cüdo üzrə qalibiyyət20 dekabr 2019-cu il tarixində Azərbaycan Cüdo Federasiyası tərəfindən cüdo güləşi üzrə yeniyetmə cüdoçular arasında “Golden Judo Club”-un açıq birinciliyi keçirilib. Məktəbin rus bölməsinin 5 “K” sinif şagirdi İmran Qocayev bu yarışda 27 kq çəki dərəcəsində III yeri tutduğuna görə diplom və medalla təltif edilib.
Balaca idmançıMəktəbin 4 “C” sinif şagirdi Murad Həsənli dekabr ayında Həştərxan şəhərində keçirilən gənclər arasında Şotokan şərq döyüş növləri üzrə regional yarışda III yeri tutduğuna görə təltifnamə ilə təltif edilib.
Bilik yarışmalarında fərqlənən şagirdlərMəktəbin 4 “D” sinif şagirdləri Xəyal Misirov, Səid Dursunov, Rəfiqə Salmanlı və Zümrüd Əkbərli müxtəlif bilik yarışmalarında iştirak etmiş və yüksək ball qazanaraq təltifnamə ilə təltif edilmişlər. Bu münasibət ilə məktəbin direktoru İbtidai sinif müəllimi Venera Rzayevanı və şagirdləri bu qalibiyyət münasibətlə təbrik etmiş və onlara daha da yüksək nəticə qazanmalarını arzu etmişdir.