Nailiyyətlərimiz

Şagirdin uğuru“By İnternational School of Mental Arifmetik İsma” nın keçirdiyi “Payız 2019” adlı turnirin nəticələrinə görə məktəbin rus bölməsinin 4 “A” sinif şagirdi Ayxan Kərimov Ən yaxşı şagird adına layiq görülüb və sertifikatla təltif edilib.

“Qanun və Hədəf” qəzetinin Fəxri Diplomu“Qanun və Hədəf” Beynəlxalq ictimai-siyasi, hüquq qəzetinin keçirtdiyi sorğuya əsasən məktəbin ibtidai sinif müəllimi Şəhla Qarayeva yetişməkdə olan nəslin Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında, milli-vətənpərvərlik ruhunda tərbiyəsi işinə verdiyi tövhələrə görə Fəxri Diplomla təltif edilib.

Şagirdin uğuruV-VI sinif şagirdləri arasında təşkil olunan Lütfi Zadə adına Məntiq Olimpiadasında fəal iştirak etdiyi üçün məktəbin 6 “D” sinif şagirdi Fatimə Babaliyeva tərifnamə ilə təltif edilib. Olimpiadanın əsas məqsədi şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, onlara beynəlxalq, yerli olimpiadalar və bu kimi digər bilik yarışlarında iştirak təcrübəsi qazandırmaq, istedadlı, xüsusilə məntiqi təfəkkürü ilə fərqlənən şagirdləri aşkara çıxarmaq, onları həvəsləndirmək və elmə olan marağını artırmaqdır.

HAQQIMIZDA

Bakı şəhəri Nizami rayonunda yerləşən Etibar Cəlilov adına 272 nömrəli tam orta məktəb 1985-ci ...

BİZİM FƏXRLƏRİMİZ

Sevinc Namazova İmran

Nuray Səfərova Tural

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi