Şagirdin nailiyyətiŞəhidlərin xatirəsinə həsr olunmuş Modern İdman məktəbi, Turan Taekvando klubu, Masallı Taekvando klubu, Qala Taekvondo klubu, Abşeron İdman klubu və Sərhədçi İdman Olimpiya Mərkəzinin birgə yoldaşlıq görüşündə 47 kq iştirakçılar arasında məktəbin 6 “Ç” sinif şagirdi Yusifzadə Ayan I yerə layiq görülmüşdür və diplomla təltif edilmişdir.
“Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda keçirilmiş inşa yazı müsabiqəsiMəktəbin 7 “Ç” sinif şagirdi Raul Məmmədov Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda keçirilmiş inşa yazı müsabiqəsində I yeri tutduğuna görə sertifikatla təltif edilib.
“Azərbaycan gəncləri narkotiklərə yox deyir!” mövzusunda onlayn inşa yazı müsabiqəsiMəktəbin 7 “Ç” sinif şagirdi Maya Məmmədzadə Nizami rayon məktəbliləri arasında “Azərbaycan gəncləri narkotiklərə yox deyir!” mövzusunda onlayn inşa yazı müsabiqəsində I yeri tutduğuna görə sertifikatla təltif edilib.