Şagirdin nailiyyətiMəktəbin rus bölməsinin 5 "K" sinif şagirdi Məmməd Məmmədov "Əhmədli" idman klubunun təşkilatçılığı ilə keçirilən yarışda Cüdo idman növü üzrə 2010-cu il təvəllüdlü idmançılar arasında 60 kq çəki dərəcəsində III yerə layiq görülüb və diplomla təltif edilib.
Şagirdin nailiyyətiMəktəbin 6 "Ç" sinif şagirdi Sahil Abbaszadə "Əhmədli idman klubu"nun Cüdo idman növü üzrə keçirtdiyi yarışda I yerə layiq görülüb və diplomla təltif edilib.
Şagirdin nailiyyəti11 noyabr 2021-ci il tarixdə Gəncliyə Yardım Fondunun H.Z.Tağıyev adına konferans zalında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Azərbaycan Respublikası Gəncliyə Yardım Fondu və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə Bakı Şəhəri məktəbliləri arasında “Uşaqların Gözü ilə Zəfərimiz” adlı rəsm müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.
Müsabiqədə Nizami rayonunu təmsil edən məktəbin 4-cü sinif şagirdi Fatimə Həşimli fərqlənərək Diplomla təltif olunmuş və hədiyyə ilə mükafatlandırılmışdır.