Şagirdin nailiyyətiMəktəbin 7-ci sinif şagirdi Nərgiz Eyvazova Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə 8 noyabr-Zəfər Gününə həsr edilmiş “Rəşadətlə yaşayanlar-ölümü fəth edənlər” adlı uşaq və yeniyetmələr arasında keçirilən ümumrespublika hekayə müsabiqəsinin qalibi olmuş, diplom və hədiyyə ilə təltif olunmuşdur.
Şagirdin nailiyyətiArpaçay Karate Klubu 8 noyabr-Zəfər Günü münasibətilə “Zəfər Kuboku” adlı karate üzrə turnir təşik edib. Məktəbin rus bölməsinin 5 “A” sinif şagirdi Məhbub Xəlilov 10 yaş və 35 kq çəki dərəcəsi üzrə yarışan idmançılar arasında I yerə layiq görülüb, diplom və kubokla təltif olunubdur.
Elektron Jurnal sertifikatıMəktəbin müəllimləri İlhamə Qələndərova, Sevil Rəfiyeva, Qətibə Süleymanova və Lalə Süleymanova Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin keçirdiyi “Elektron Yurnal və Gündəlik Sistemi Platformasının istifadəsi” üzrə təlimdə iştirak ediblər və sertifikatla təltif eiliblər.