"Mülki müdafiə günü" mövzusunda tədbir

Məktəbin direktor müavini və Fövəladə hallar üzrə qərargah rəisi Rəhimə Hüseynovanın təşkilatçılığı ilə “Mülki müdafiə günü”nə həsr olunan silsilə tədbirlər keçirilib.

Tədbirdə məktəbin direktoru Səfurə Rəhimova, Fövqəladə Hallar Nazirliyi Nizami rayonu üzrə Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin rəisi mayor Cavid Quliyev, Məmməd Vəlibəyov, müəllimlər və şagirdlər iştirak ediblər.

Tədbir çərçivəsində keçirilən mülki müdafiə məşğələləri nəzəri və praktiki olmaqla iki hissədən ibarət olub.

Praktiki hissə zamanı şərti olaraq baş vermiş zəlzələ zamanı müəllim və şagird heyətinin təxliyəsi həyata keçirilib. Həmçinin, məktəbdə şərti olaraq baş verən yanğın ilkin odsöndürən vasitələrlə “söndürülüb”, “xəsarət alanlara ilkin tibbi yardım göstərilib”.

Nəzəri hissə çərçivəsində çıxış edən Nizami rayonu üzrə Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin rəisi mayor Cavid Quliyev və Məmməd Vəlibəyov   məşğələ iştirakçılarına fövqəladə hallar, onların təsnifatı, xüsusiyyətləri, ölkəmiz üçün spesifik olan fövqəladə hallar zamanı davranış qaydaları barədə ətraflı məlumat veriblər.

Bundan əlavə, tədbirlər çərçivəsində mülki müdafiə gününə həsr olunan "açıq dərs"lər də keçirilib. Dərslərdə şagirdlər zəlzələ, torpaq sürüşməsi, sel və daşqın, yanğınlar, vulkan və s. mövzularda öz biliklərini ifadə ediblər. “Açıq dərs”lərin keçirilməsinin əsas məqsədi təhsil müəssisələrinin müəllim-şagird heyətinin diqqətini baş verə biləcək fövqəladə hallar zamanı davranış qaydalarının mənimsənilməsinə yönəltmək, onların partlayıcı hərbi sursat və mina təhlükəsinə qarşı bilik və bacarıqlarını təkmilləşdirməkdən ibarətdir.

İnteraktiv formada keçirilən viktorinada mövzulara dair suallar nümayiş olunub, suallar cavablandırılıb. Viktorinanın sonunda 6F sinif komandası I yerə, 6Ə sinif komandası II yerə, 6C sinif komandası isə III yerə layiq görülüb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi