"Mənim ağ göyərçinim" adlı tamaşa

18 may 2024-cü il tarixində Azərbaycan Gənc Tamaşaçılar Teatrında tanınmış nasir, dramaturq, Teatr xadimləri ittifaqının üzvü Tamara Vəliyevanın "Mənim ağ göyərçinim" adlı pyesi əsasında eyniadlı tamaşa nümayiş olunub.

Anşlaq olaraq nümayiş olunan teatrda məktəbin direktoru Səfurə Rəhimova olmaqla bir qrup müəllim də tamaşanı seyr ediblər.

Qeyd edək ki, biletlər Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Nizami rayon komitəsi hesabına təmin edilib.

Tamaşa başlamazdan əvvəl Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Nizami rayon komitəsinin sədri Sübut Əsədov çıxış edib və tamaşaçıları salamlayıb. Böyük maraqla izlənən tamaşadan sonra komitə sədri Sübut Əsədov gənc aktyor və aktrisaları Nizami rayon komitəsinin Fəxri fərmanları ilə təltif edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi