Pedaqoji Şura iclası

Pedaqoji şuranın illik Fəaliyyət Planına uyğun olaraq 2023/2024-cü tədris ilinin yekunlarına həsr olunan cari dərs ili üçün məktəbin akt zalında sonuncu pedaqoji şura iclası keçirilib. İclasda məktəbin direktoru Səfurə Rəhimova, direktor müavinləri Zahidə Əhmədova, Rəhimə Hüseynova, Sevil Rəfiyeva və pedaqoji heyət iştirak edib. İclasda 2023/2024-cü tədris ilinin II yarımili və yekunları, sinifdən-sinfə keçmənin vəziyyəti və biliyi qiymətləndirilməyən şagirdlər haqqında məlumatlar müəllimlərin nəzərinə çatdırılıb. Bundan başqa IX və XI sinif şagirdlərinin buraxılış imtahanlarında göstərdiyi nəticələr, fənlər üzrə məktəbin şagirdlərinin əldə etdikləri uğurlar barədə də pedaqoji heyətə geniş məlumat verilib.

Yeni təyin olunan məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Fidan Qədimlini pedaqoji kollektivə təqdim edib və ona işlərində uğurlar arzulayıb.

Sonda məktəbin direktoru Səfurə xanım müəllimlərə xoş istirahət arzulayıb və 2023/2024-cü tədris ilinə yekun vurulub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi