Son zəng tədbiri

14 iyun 2024-cü il tarixində  Respublikamızın bütün ümumtəhsil məktəblərində olduğu kimi E.Cəlilov adına 272 nömrəli tam orta məktəbdə də “Son zəng” tədbiri keçirilib. Tədbirdə məktəbin direktoru Səfurə Rəhimova, Nizami Rayon Icra Hakimiyyətinin əməkdaşı Mənsum İsmayılov, məktəbin müəllim kollektivi və valideynlər iştirak ediblər. Tədbir dövlət himninin sədaları ilə açıq elan edilib. Azərbaycan ərazisində Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Məktəbin direktoru Səfurə xanım sevinc və həyəcan içində olan məzunları təbrik edib və gələcək həyatlarında uğurlar arzulayıb.

Nizami Rayon İcra Hakimiyyətinin əməkdaşı Mənsum  İsmayılov “Son zəng” münasibətilə onbirinciləri təbrik edib, onlara müstəqil Azərbaycanın layiqli vətəndaşları olmağı, bilik və zəhmətləri sayəsində nailiyyətlərini daha da artırmağı arzulayıb. Məzunların həyatında yeni mərhələnin açıldığını deyən Mənsum müəllim onların hər birinin ölkəmizin gələcək inkişafı naminə həyata keçiriləcək proseslərdə fəal iştirak edəcəklərinə inandığını bildirib.

Tədbirdə çıxış edən müəllimlər məzunlara bundan sonra qədəm qoyacaqları müstəqil həyatlarında müvəffəqiyyətlər arzulayıblar və onlara olan etimadı hər zaman doğrultmağı tövsiyə ediblər.

Mərasim şagirdlərin hazırladıqları çıxışlarla davam etdirilib.

Sonda simvolik “Bilik açarı” məzunlar tərəfindən X sinif şagirdlərinə təqdim olunub, “Son zəng” çalınıb, səmaya əlvan şarlar buraxılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi