III Bakı Elm Olimpiadasının II-final mərhələsi
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/17161248736649fcc9173881.32079960.jpeg)
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdləri arasında III Bakı Elm Olimpiadasının II-final mərhələsi keçirilib. Olimpiadanın bu mərhələsində məktəbimizi üç şagirdimiz təmsil edib.
Keçirilən olimpiadanın əsas məqsədi şagirdlərin təbiət elmlərinə (fizika, kimya, biologiya) olan marağını daha da artırmaq, bu sahədə nəzəri-təcrübi biliklərini təkmilləşdirmək, onların praktik və yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsinə şərait yaratmaq, dərin biliklərə malik şagirdləri aşkar etməkdən ibarətdir.