“Hələlik ilk müəllimim, əlvida ibtidai sinif” adlı buraxılış gecəsi

Məktəbin akt zalında ibtidai sinif müəllimi Qətibə Süleymanovanın rəhbəri olduğu  4Ç sinif şagirdlərinin iştiraki ilə “Hələlik ilk müəllimim, əlvida ibtidai sinif” adlı buraxılış gecəsi keçirilib. Tədbirdə şagirdlərlə yanaşı, onların valideynləri, məktəbin rəhbərliyi və müəllim kollektivi iştirak edib.

Buraxılış gecəsi şagirdlərin ifasında Dövlət Himninin səslənməsi ilə başlayıb və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra şagirdlər 4 il ərzində ilk müəllimlərindən öyrəndikləri bilik və bacarıqları nümayiş etdiriblər. Mahnı və şeirlər, rəngarəng rəqslər ifa ediblər, səhnəciklər göstəriblər. Müəllimlərinin böyük zəhməti hesabına şagirdlərin göstərdikləri fəallıqları tədbir iştirakçılarında xoş təəsüratlar yaradıb. Bayramı şagirdlərin bu vaxta qədər aldıqları bilik və bacarıqların hesabatı kimi dəyərləndirilib.

Məktəbin direktoru Səfurə Rəhimova öz çıxışında bildirib ki, hər bir müəllimin ən böyük uğuru odur ki, valideynlər övladlarının onun sinfində dərs almasını istəsinlər. Məktəbin ibtidai sinif müəllimləri daima məktəbin sağlam bünövrəsi, möhkəm, dayanıqlı sütunları olublar. Elm yolu çətin yoldur. Qətibə müəllim bu çətin yolda şagirdlərinə ana qayğısı ilə yanaşan, bələdçilik edən müəllimlərdəndir.

Daha sonra çıxış edən direktor müavini Sevil Rəfiyeva 4 il ərzində qazanılan nailiyyətlərdən danışıb, bildirıb ki, məktəbin təhsil uğurları hər birimizi sevindirir. Məktəbin uğurları müəllimlərin gərgin əməyinin, səmərəli, məhsuldar fəaliyyətinin nəticəsidir.

Tədbirdə çıxış edən valideynlər ibtidai təhsil pilləsini başa vurmaları münasibəti ilə şagirdləri təbrik edib, Qətibə müəllimə sonsuz minnətdarlıqlarını bildiriblər. Tədbirin yekununda çıxış edən Qətibə müəllim şagirdlərinə xoş arzularını və diləklərini bildirib, gələcək təhsillərində uğurlar diləyib, sevimli balalarından ayrılmağın onun üçün çox çətin olduğunu dilə gətirib.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi