Məktəblərdə telefon qadağası
Bildiyimiz kimi, məktəblərdə tədris prosesi zamanı xüsusi hallar istisna olmaqla, telefon və digər ağıllı cihazlardan istifadə qadağan olunur. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən verilən məlumata görə tədris prosesi zamanı yalnız xüsusi hallarda, yəni dərsin mövzusundan və fənn müəlliminin tələbindən asılı olaraq tədris olunan mövzunun daha yaxşı mənimsənilməsi, interaktiv metodların tətbiqi üçün ağıllı elektron cihazlardan istifadə edilə bilər. Bununla bağlı məəktəbin akt zalında iclas keçirildi və bu məsələ ilə bağlı müəllimlərə məlumat verildi.