Böyük Summativ Qiymətləndirmə keçirildi
Ümumi təhsil müəssisələrində 2024-2025-ci tədris ilinin I yarımili üzrə böyük summativ qiymətləndirmələr keçirilir. Məktəbdaxili qiymətləndirmənin aparılmasına dair məktəbin illik Fəaliyyət Planına uyğun olaraq əldə edilmiş şagird nailiyyətlərinin qiymətləndirilməsi məqsədi ilə üzrə 13 yanvar tarixindən etibarən BSQ-lərin keçirilməsinə başlanıldı. Böyük summativ qiymətləndirmə ümumi təhsil müəssisəsinin rəhbərliyi tərəfindən hər yarımilin sonunda ümumi təhsil müəssisələrinin IV, IX və XI siniflərində bütün fənlər üzrə, V-VIII siniflərində ümumi orta təhsil səviyyəsi və təmayülləşmə tətbiq olunmayan X sinfində isə tam orta təhsil səviyyəsi üçün nəzərdə tutulmuş buraxılış imtahanı fənləri üzrə keçirilir. Böyük summativ qiymətləndirmənin nəticələri 100 ballıq şkala ilə ölçülür. Hər bir fənn üzrə ibtidai təhsil səviyyəsində 45, ümumi orta və tam orta təhsil səviyyəsində 45-90 dəqiqə ərzində təşkil olunan böyük summativ qiymətləndirmə nəticəsində müəyyən edilmiş ballar şagirdlərin yarımillik qiymətləri hesab olunur.