"Qərənfildən Xarı Bülbülə gedən yol"
Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələri həm də millətin azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxmasına görə Azərbaycanı cəzəlandırmaq üçün Kreml Qanlı Yanvar qırğınını törətdi. Həmçinin bilirik ki, Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir. O, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. 20 Yanvar faciəsinin 35-ci il dönümünün keçirilməsi ilə əlaqədar Məktəbin Fəaliyyət Planına əsasən “20 Yanvar” faciəsinin 35-ci il dönümü ilə əlaqədar bir sira tədbirlər keçirildi. Bunlardan biri də, məktəbin foyesində məktəbin musiqi müəllimi Hüseynova Aygünün təşkilatçılığı ilə keçirilən “Qərənfildən Xarı Bülbülə gedən yol” adlı tədbir oldu. Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlanıldı. Daha sonra 20 Yanvar şəhidlərinin əziz ruhu 1 dəqiqəlik sükutla yad edildi. Daha sonra tədbir iştirakçılarına şanlı tariximiz barədə tədbir iştirakçılarına məlumat verildi. Bildirildi ki, 20 Yanvar faciəsi müstəqillik, istiqlal və hürriyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub. Tədbir şagirdlərimizin 20 Yanvarla bağlı çıxışları ilə davam etdi. Tədbirdə məktəblilərin ifasında şəhidlərin xatirəsinə həsr olunan ədəbi -bədii kompozisiya nümayiş olundu. Müxtəlif çıxışlar təqdim edən şagirdlər o faciəninin xalqımızın şanlı tarixində buraxdığı izləri tədbir iştirakçılarının diqqətinə çatdırdı. Tədbir zamanı 20 Yanvar faciəsinin 35-ci il dönümü ilə bağlı inşa yazısında fərqlənən şagirdlırimiz rəhbrəlik tərəfindən diplomla təltif olundu. Sonda çıxış edən məktəbin direktoru Aygün xanım Əzizova belə bir tədbir üçün tədbir iştirakçılarına öz təşəkkürünü bildirdi. O, həmçinin bildirdi ki, Qanlı Yanvar hadisələri Azərbaycanın milli kimliyinin formalaşmasına təsirini göstərdi. Həmçinin faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrildi, dönməz xarakter alıb, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda görüb.