Kosmik Olimpida

   Azərbaycanda ilk dəfə 30 ümumi təhsil müəssisəsinin 7-9-cu siniflərindən seçilmiş 600 məktəblini bir araya gətirən Beynəlxalq Kosmik Olimpiadanın milli mərhələsinə start verilib. Azərkosmosun nəzdində fəaliyyət göstərən KOSMİK Akademiyasının təşkilatçılığı, Azərbaycan Respublikası Təhsil İnstitutunun, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi ilə təşkil olunacaq “Beynəlxalq kosmik olimpiada"da hər komandada 20 məktəbli olmaqla 30 komanda iştirak edir. Müsabiqənin məqsədi məktəblilərin kosmik elm və texnologiyaya marağını və məlumatlılığını artırmaq, kosmik yaradıcılığı inkişaf etdirməkdir Milli mərhələ 2024-2025-ci tədris ilini əhatə edəcək. İnteraktiv metoda əsaslanan olimpiada mərhələlərini keçən məktəblilər 7 ay müddətində “Kosmik stansiyalar-innovasiyalar və biznes həlləri” mövzusu istiqamətində problemlərin orijinal həllərini tapmaqla təcrübə qazanacaqlar. Məktəbimizin şagirdləri bu lahiyəni izləmək üçün UBTR Əsədova İlahmə, müəllimlər Hüseynova Aygün və Həşimova Nərgizin rəhbərliyi ilə Avropa liseyinə üz tutdular. Şagirdlərimiz liseydə bu layihəi maraqla izləyərək onları maraqlandıran sualları ünvanlayııblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi