Pedaqiji Şuranın növbəti iclası keçirildi

    10.01.2025 - ci il tarixdə məktəbin fəaliyyət planına uyğun olaraq növbəti Pedaqoji Şura iclası keçirildi. Pedaqoji Şura iclasında məktəbin direktoru Əzizova Aygün, təlim - tərbiyə işləri üzrə direktor müavini Həsənova Samirə, təsərrüfat işləri üzrə direktor müavini Nağıyeva Fəridə, təşkilatçı Nəzrin Vəkilova və müəllimlər iştirak etdilər.

Pedaqoji Şura iclası məktəbin direktoru Əzizova Aygünün çıxışı ilə başladı. O pedaqoji heyəti salamladı və ardınca gündəlikdə olan məsələlər haqqında müəllimləri məlumatlandırdı.

1. I yarımilin sonunda BSQ və KSQ-lərin keçirilməsi

2. IX siniflərin buraxılış imtahanına hazırlığı barədə 

3.RFO-da növbəti tura keçən şagirdlər barədə

4. I yarımilin nəticələrinin  valideynlərlə müzakirə etmək üçün iclasların  keçirilməsi

5. 20 Yanvar faciəsinin 35-ci il dönümü ilə bağlı tədbirlər  və açıq dərslərin keçirilməsi

6. Növbətçiliklə bağlı müəllimlərə tapşırıqlar verildi

7. Cari məsələlər

 Gündəlikdə duran məsələlər müzakirə olunub müəllimlər tərəfindən səs çoxluğu ilə qəbul olundu. Sonda I yarımildə məktəbdə təlim-tərbiyə və tədris prosesində fəallıq göstərən müavinlər və pedaqoji heyət təşəkkürnamə ilə təltif olundular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi