AMO 2024 nəticələr
Ötən günlərdə AMO 2024 ( American Mathematics Olympiad) beynəlxalq riyaziyyat olimpiadasının nəticələri açıqlanıb. Nəticələrə əsasən Bakı şəhəri R.Məmmədov adına 269 nömrəli tam orta məktəbin 19 nəfər şagirdi uğur qazanmışdır. Onlardan 7 nəfəri medal, 12 nəfər isə iştirakçı sertifikatı əldə etmişdir. Məktəb rəhbərliyi Aygün xanım Əzizova sertifikat qazanan şagirdlərin sertifikatlarını təqdim edərək onları təbrik etmiş və onlara gələcəkdə daha böyük uğurlara imza atmağı arzulamışdır.