Beynəlxalq Əmək Günü

1 May - Beynəlxalq Əmək Günü münasibətilə məktəbimizdə 6ç sinif şagirdlərinin iştirakı ilə sinif təşkilat saatı keçirildi. Tədbirə sinif rəhbəri Əhədova Şəfanə rəhbərlik etdi. Təşkilat saatinda Beynəlxalq Əmək Gününün tarixi, əhəmiyyəti və bu günün dünyada əmək haqqı, işçi hüquqlari va sosial bərabərlik uğrunda mübarizanin simvolu kimi tanınması barədə məlumat verildi. Şagirdlər əmək haqqinda maraqlı çıxışlar etdilər, şeirlər söylədilər və mövzuya uyğun divar qəzetləri hazırladılar.Vurğulandı ki,ən böyük əməyə,ən böyük zəhmətə elmə,biliyə çəkilən zəhməti də aid etmək olar. Tədbirin əsas məqsədi şagirdlərə əməksevərlik, zəhmətkeş insanlara hörmət va ictimai şüurun formalaşdırılması oldu.