Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş futbol turniri

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Xətai rayonu Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Xətai rayon məktəbliləri arasında mini futbol idman növü üzrə turnir keçirildi.Turnirdə 269 nömrəli tam orta məktəbin komandası qalib gələrək I yerə layiq görüldü. Şagirdlərimizi və müəllimlərizi bu qələbə münasibəti ilə ürəkdən təbrik edirik.