Şəhid Rüfət Məmmədovun anım günü

   Bakı şəhəri, Xətai rayonu 269N-li tam orta məktəb. Məktəb Məmmədov Rüfət Rafiq oğlunun adını daşıyır.1974- cü il iyunun 22-də Bakı şəhərində anadan olub, 269 saylı orta məktəbi bitirib.1988-ci ildə 22 saylı texniki-peşə liseyinə qəbul olub,1991-ci ildə həmin məktəbi bitirib.1992-ci il noyabrın 18-də hərbi xidmətə çağrılıb, 1993-cü ilin yanvarında Ağdamda Fərrux dağı uğrunda döyüşlərdə iştirak edib.Ağdərə, Tərtər bölgələrində döyüşüb.1994-cü il aprelin 27-də Ağdam rayonunun Qarvənd kəndi ətrafında gedən döyüşlərdə şəhid olub. Məktəbin  giriş qapısının yanında onun barelyefi var. Büst qoyulmayıb.

Doğum tarixi- 22.06.1974  -  Şəhidliyə ucaldığı tarix -27.04.1994. 19945-ci ildə şəhidin oxuduğu 269 nömrəli tam orta məktəbə onun adı verilmişdir.

Hər il olduğu kimi bu ildə Rüfət Məmmədovun məktəbin foyesində 4D sinfinin sinif rəhbəri Adilova Vahidənin təşkilatçılığı ilə  şəhidin xatirə lövhəsinin qarşısında  anım tədbiri keçirilib. Tədbirdə şəhidin  qəhrəmanlığından söhbət açılıb və onunla  bağlı xatirələr bölüşülüb. Qeyd olunub ki, şanlı tarix yazan oğullarımızın hər biri bir qəhrəmandır və bu gün hər kəs onlarla fəxr edir, qürur duyur. Azərbaycan xalqının var olduğu müddətcə şəhidlərimizin xatirəsi qəlblərdə əbədi yaşayacaq.

Daha sonra şagirdlərin təqdimatında vətənpərvərlik mövzusunda bədii hissə nümayiş olunub. 

Allah şəhidlərimizə rəhmət eləsin!!!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi