"Zərifə Əliyeva ömrünün işığı"

28 aprel 2025-ci il tarixində məktəbin akt görkəmli akademik oftalmoloq alim Zərifə Əliyevanın anım günü ilə əlaqədar "Zərifə Əliyeva ömrünün işiğı" adlı nümunəvi tədbir təşkil olundu. Tədbir zamanı ilk öncə məktəbin dirrktoru Aygün xanım Əzizova Zərifə xanımın keçdiyi işıqlı ömür yolu haqqında şagirdlərə ətraflı məlumat verdi. O, bildirdi ki, sirravi həkimlikdən akademikliyə qədər yüksəlmiş Zərifə xanım oftalmologiya elminin inkişafına dəyərli töhfələr verib, bu sahə üzrə yüksək ixtisaslı kadrlar yetişdirilməsinə böyük əmək sərf edib. Daha sonra məktəbin tarix müəlimi Orucova Ruhiyyə Zərifə xanım haqqında tədbir iştirakçılarına ətraflı məlum verdi. Akademik Zərifə xanım Əliyevanın zəngin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələridir. Şagirdlərdə öz növbəsində Zərifə xanım haqqında topladıqları məlumatları öz yoldaşlarının diqqətinə çatdırdılar.Tədbir şagirdlər görkəmli oftalmoloq alim Zərifə Əliyevanın həyatı və tibbi fəaliyyəti haqqında, eyni zamanda geniş yayılmış göz xəstəlikləri haqqında ətraflı məlumat verdilər, qarşılıqlı müzakirələr aparıldılar.Şagirdlər tərəfindən hazırlanmış slaydlar nümayiş olundu.