"Sən elə bir zirvəsən"

    Ümummilli Lider zirvəsinə ucalmış Heydər Əliyevin Azərbaycanın müstəqilliyi, dövlətçiliyi haqqında dediyi ifadələr hər zaman yaddaşlarda qalacaq və xalqımızı yeni-yeni uğurlar qazanmağa ruhlandıracaq. Ulu Öndər Azərbaycanın qazandığı dövlət müstəqilliyini çox yüksək qiymətləndirir və qeyd edirdi ki, dünyada milli azadlıqdan, müstəqillikdən qiymətli heç bir şey yoxdur. O cümlədən, müstəqilliyi qoruyub saxlamaq, möhkəmlətmək, onu əldə etməkdən də daha çətin bir vəzifədir. Həqiqətən də hər bir layiqli vətəndaş üçün vətən, torpaq, ölkə, müstəqil dövlət anlayışları ən yüksək mənəvi dəyərlər sırasında dayanır. Heydər Əliyevin anadan olmasının 102 illiyi ilə əlaqədar məktəbin akt zalında “Sən elə bir zirvəsən” adlı tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlandı. Daha sonra tədbiri giriş sözü ilə açan məktəbin direktoru məktəbin direktoru Aygün Əzizova Heydər Əliyev irsi haqqında şagirdlərə məlumat verdi. O bildirdi ki,  müstəqil Azərbaycan ümummilli lider Heydər Əliyevin indiki və gələcək nəsillərə əmanəti ,onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Daha sonra şagirdlər Heydər Əliyevlə bağlı hazırladıqları çıxışlarını təqdim etdilər. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir. Ölməzlik və əbədiyyət də məhz budur!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi