Şəhid Rüfət Məmmədovun anım günü

    Bildiyimiz kimi, 269 saylı tam orta məktəb şəhid Rüfət Məmmədovun adın daşıyır. 27 aprel tarixi şəhidimizin anım günüdür. Bununla əlaqədar olaraq məktəbin musiqi müəllimi Hüseynova Aygünün təşkilatçılığı ilə akt zalında Rüfət Məmmədovun anım günü keçirildi. Tədbirə şəhidimizin ailə üzvləri, anası Gülayə xanım, qardaşı Samir bəy, şəhid Pənahov Əkbərin anası Mayiqə xanım, atası Bəylər bəy,  şəhid Vəlizadə İbrahimin anası Xurşud xanım, şəhid Səfərov Məmmədağanın anası və atası qonaq qismində iştirak etdilər. Tədbir şəhidlərimizin ruhu 1 dəqiqəliki sükutla yad edilməsi ilə başlanıldı. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilildi. Tədbirdə şəhidimizin maketi hazırlanmışdı. Tədbirin girişində şəhidimizin həyatı haqqında tədbir iştirakçılarına geniş məlumat verildi. Daha sonra tədbir bədii hissə ilə davam etdi. Tədbirin sonunda  şəhid ailələrinə şəhidlərimizin kiçik portreti hədiyyə olundu. Şəhid ailələri belə möhtəşəm tədbir üçün məktəb rəhbərliyinə xüsusi təşəkkürlərini bildirdilər. 

Allah rəhmət eləsin!!!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi