Şəhidlər ən ali qürur mənbəyimizdir!

Azadlığımız uğrunda canından keçən Vətən oğullarını heç vaxt unutmuruq. Məktəbimizdə hər sinif otağı bir şəhidimizin adını daşıyır. 3 D sinif şagirdləri adını daşıdıqları şəhid Ceyhun Mustafazadənin ailəsi ilə görüş keçirdilər. Görüşə şəhidin atası Şükür Adilov, qardaşı Ülvi Mustafazadə, Bakmil Tv icraçı direktoru, Xocalı-Xankəndi şəhəri AVMVİB-nın sədr müavini İlham Rəsulzadə , Bakmil Tv-nin ictimai əlaqələr üzrə direktoru və AVMVİB-nın Xocalı-Xankəndi şəhərinin sədr müavini Məhəbbət Murtuzova, Xocalı-Xankəndi şəhər AVMVİB-nin sədri Ramiz Ağayev gəlmişdilər. Qonaqlar məktəbin direktoru Aygün xanım Əzizova, təlim tərbiyə işləri üzrə direktor müavini Alimə Seyfullayeva , təşkilatçı  Nəzrin Vəkilova ilə birgə sinif otağında oldular. Şəhidin atası şagirdlərlə tanış olub onlara üzərində şəhidin şəkli olan döş nişanlarını bağışladı. Sonra qonaqlar məktəbin akt zalında 3 D sinif şagirdlərinin müəllim Vahidə Adilovanın təşkilatçılığı ilə hazırladıqları  şəhid Ceyhun Mustafazadənin xatirəsinə həsr olunmuş tədbirə baxdılar. Şagirdlər tədbir boyu şəhid Ceyhun Mustafazadənin həyat yolu haqqında məlumat verib, onun  əziz xatirəsinə həsr olunmuş şeirlər səsləndirdilər. Tədbirin sonunda şəhid Ceyhun Mustafazadə haqqında çəkilmiş sənədli film nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi