Lütfi Zadə adına Məntiq Olimpiadası

Noyabrın 4-də Rüfət Məmmədov adına 269 N-li tam orta məktəbdə  Lütfi Zadə adına Məktəblilərarası Məntiq Olimpiadasının ilk turu-məktəbdaxili mərhələsi keçirildi. Olimpiadada ümumi təhsil məktəblərinin V sinif şagirdləri iştirak etdilər.  Bilik yarışının məktəbdaxili mərhələsində şagirdlər 1 saat yarım vaxt ərzində bədii, mücərrəd və verbal məntiqi təfəkkür növlərinə aid  test suallarını cavablandırdılar. İlk turda uğur əldə edən məktəblilər olimpiadanın final mərhələsinə vəsiqə qazanacaqlar. Olimpiadanın final mərhələsində də 25 test sualının cavablandırılması üçün şagirdlərə 1 saat yarım vaxt (90 dəq) ayrılacaq.

Final mərhələsinin nəticələrinə əsasən, Bakı şəhəri üzrə ən yüksək məntiqi təfəkkür nümayiş etdirən məktəblilər mükafatlandırılacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi