ŞAGİRDİMİZ QIZIL MEDAL QAZANDIİyunun 1-2-də Qazaxıstanın Uralsk şəhərində “1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş kayak və kanoe üzrə beynəlxalq turnir keçirilib.
5 ölkədən 10-a yaxın komandanın mübarizə apardığı yarışda 264 nömrəli məktəb-liseyin 10 q sinif şagirdi Emil Zeynalov 2 nəfərlik kayak qayığında qarışıq komanda yarışında 500 metr məsafəni 1-ci yerdə tamamlayaraq qızıl medal əldə edib.
ŞAGİRDİMİZİN UĞURUAzərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin təşkil etdiyi Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasında məktəbin 5 c sinif şagirdi Bağırzadə Uğur Bəxtiyar oğlu Bürünc medala layiq görüldüyünə görə məktəb-liseyin direktoru Mehriban xanım Mustafayeva tərəfindən diplomla təltif olunmuşdur.
İLİN ƏN YAXŞI SİNFİ MÜSABİQƏSİNİN QALİBLƏRİ2023-2024-cü tədris ilinin yekununa dair məktəb rəhbərliyi tərəfindən həftəlik kriteriyalar əsasında ilin ən yaxşı sinif və sinif rəhbərləri müsabiqəsi keçirildi.
Müsabiqədə 6a, 8b, 9a sinfi ilin ən yaxşı sinfi və sinif rəhbəri müsabiqəsinin qalibi seçildi.
Qalib olan siniflər məktəb-liseyin direktoru Mehriban xanım Mustafayeva tərəfindən diplomlarla təltif olundular.
264 nömrəli məktəb-lisey 1981-ci ildən Ətraflı-->