Respublika Fənn Olimpiadalarının rayon (şəhər) mərhələsinin nəticələri elan edildi264 nömrəli məktəb-liseyin 23 şagirdi Respublika Fənn Olimpiadalarının yarımfinalına vəsiqə qazanıb.
Şagirdləri, müəllimləri və onların valideynlərini təbrik edir, onlara yarımfinal mərhələsində də uğur qazanmalarını arzu edirik!
Şagirdimiz Fermat (FMO) Beynəlxalq Olimpiadasının seçim turunda gümüş medal qazanıbMəktəb-liseyin 8 a sinif şagirdi Novruzlu Çiçək Beynəlxalq Fermat (FMO) Riyaziyyat Olimpiadasının seçim turunda iştirak edərək gümüş medalla təltif olunmuşdur. Medalçımız Vyetnamda keçiriləcək final mərhələsində iştirak etmək hüququ qazanmışdır!
Şagirdimizi məktəb rəhbərliyi və kollektivi adından təbrik edir, növbəti mərhələdə uğurlar arzulayırıq!
Avropa Keyfiyyət Nişanları elan edilibAzərbaycandan 253 müəllim bu mükafata layiq görülüb. Bu müəllimlərdən biri də 264 nömrəli məktəb-liseyin "Əməkdar müəllim" Mətanət Əbmədovadır. Bu, M.Əhmədovanın növbəti keyfiyyət nişanıdır. Bundan əvvəl 5 keyfiyyət nişanına layiq görülmüşdür.
Ümid edirik ki, Mətanət müəllim növbəti layihələrdə də uğur qazanacaq. Hal-hazırda IV sinif şagirdləri ilə yeni layihə üzərində çalışır.
Bu uğur münasibətilə Mətanət müəllimi məktəb rəhbərliyi və kollektivi adından təbrik edir, müvəffəqiyyətlər arzulayırıq!
264 nömrəli məktəb-lisey 1981-ci ildən Ətraflı-->