Şagirdimizin uğuruGənclər və İdman Nazirliyi Gəncə- Daşkəsən Regional Gənclər İdman İdarəsinin təşkil etdiyi "Cüdo idman növü üzrə Goranboy Kuboku" Beynəlxalq Turnirdə məktəb-liseyin 8e sinif şagirdi Əliyev Raul 55 kq çəki dərəcəsi üzrə III yerə layiq görülmüşdür.
Raul Əliyevi təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq!
Şəhid Vüsal Şahmarovun xatirəsinə həsr olunmuş voleybol turniri keçirilibGənclər və İdman Nazirliyi Bakı şəhəri Gənclər və İdman İdarəsinin təşkil etdiyi şəhid Vüsal Şahmarovun xatirəsinə həsr olunmuş Xətai voleybol (qızlar) turniri keçirilib. Yarışda rayonun ümumtəhsil məktəblərini təmsil edən 20 komanda mübarizə aparıb və 264 nömrəli məktəb-liseyin komandası II yerə görülmüşdür. Qalib komandaların üzvləri diplom və medallarla təltif edilib.
Komandamızı və onların müəllimlərini məktəb rəhbərliyi və kollektivi adından təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq!
Şagirdimizin uğuruAzərbaycan karate federasiyasının rəhbərliyi, ənənəvi karate üslubu şito-ryo üzrə nümayəndəliyinin "Badamlı karate klubu" təşkilatçılığı ilə 5-6 oktyabr Müəllimlər Günunə həsr olunmuş klublar arası turnirdə məktəb-liseyin 9d sinif şagirdi Mamayeva Nəzrin 16-17 yaş arasında AB5 çəki dərəcəsində I və III yeri tutduğuna görə diplom və medallarla təltif olunmuşdur.
Şagirdimizi təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq!
264 nömrəli məktəb-lisey 1981-ci ildən Ətraflı-->