"QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ” OLİMPİADASINDA ŞAGİRDİMİZ BÜRÜNC MEDAL QAZANIBİyunun 20-də Naxçıvan şəhərində “Qərbi Azərbaycana qayıdış” olimpiadasının final mərhələsi təşkil olunub.
IX və X sinif şagirdlərinin iştirak etdikləri olimpiadanın finalında 36 şagird bilik və bacarığını sınayıb. Olimpiadada 264 nömrəli məktəb-liseyi 9ç sinif şagirdi Əhədzadə Tərlan Rasif oğlu təmsil etmişdir. Qaliblərin mükafatlandırılma tədbiri iyunun 21-də Naxçıvanda keçirilərək, Qərbi Azərbaycana qayıdış” festivalı çərçivəsində təşkil edilmişdir. Tərlan Əhmədzadə III yerin qalibi olaraq bürünc medal qazanıb.
Şagirdimizi məktəb rəhbərliyi və kollektivi adından təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq!
ŞAGİRDİMİZİN BEYNƏLXALQ OLİMPİADADA UĞURUNyu-Yorkda keçirilən “Neo Science-2024” Müasir elmlər olimpiadasında Respublikamızı təmsil edən 8 şagirddən biri, 264 nömrəli məktəb-liseyin 8e sinif şagirdi Mahmudlu Əkbər Fuad oğlu “Proqramlaşdırma” və “Təbiət elmləri” nominasiyaların hər birində bürünc medal, “Riyaziyyat” nominasiyasında isə fərqlənmə diplomu qazanmışdır.
MƏKTƏBİMİZİN FƏXRİ2023-2024-cü tədris ili üzrə keçirilən qəbul imtahanının nəticələrinə əsasən məktəbin 11 c sinif məzunu Həmzəli Suat Zahir oğlu 698 bal toplayaraq məktəb üzrə ən yüksək nəticə əldə etmişdir.
264 nömrəli məktəb-lisey 1981-ci ildən Ətraflı-->