Şagirdlərimiz qızıl və bürünc medal qazandılarBu il 264 nömrəli məktəb-liseyin şagirdləri bu yarışda uğurla iştirak etmişdir. Məktəbimizin riyaziyyat müəllimi Alvina Həsənovanın dəstəyi ilə iştirakçı şagirdlərimizdən Həsənli Murad 7b sinif sagirdi qızıl medal qazanıb. O məktəb üzrə I, Azərbaycan üzrə VII yerdə qərar tutub. Həmçinin 7-ci sinif şagirdi Yusif Poladzadə bürünc, 8 c sinif şagirləri İsmayılov Məhəmməd və Teyyubzadə Yusif uğurlu iştirak sertifikatı qazanıb.
Şagirdlərimizi rəhbərlik və kollektiv adından təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq.
MƏZUNLARIMIZIN UĞURU2023-2024-cü tədris ili üzrə 264 nömrəli məktəb-liseyin 122 məzunundan 99 nəfəri (81%) ali məktəblərə daxil olmuşlar.
11a sinfi-19 məzundan-18 nəfər,
11b sinfi-24-məzundan-22 nəfər,
11c sinfi-24 məzundan-16 nəfər,
11d sinfi-26-məzundan-19 nəfər ,
11e sinfi-29 məzundan-24 nəfər ali məktəblərə daxil olmuşlar.
Ümumilikdə 10 nəfər 500-600 bal, 7 nəfər 600-650 bal, 7nəfər 650 baldan yüksək bal toplamış, 21 nəfər isə yüksək nəticələrlə xarici universitetlərə qəbul olmuşlar.
Məktəb üzrə ən yüksək nəticəni 697 balla Həmzəli Suat Zahir oğlu əldə etmişdir.
"QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ” OLİMPİADASINDA ŞAGİRDİMİZ BÜRÜNC MEDAL QAZANIBİyunun 20-də Naxçıvan şəhərində “Qərbi Azərbaycana qayıdış” olimpiadasının final mərhələsini bürünc medalla başa vuran şagirdimiz Tərlan Əhədzadəni məktəbin direktoru Mehriban xanım Mustafayeva təbrik etdi və uğurlar arzuladı!
264 nömrəli məktəb-lisey 1981-ci ildən Ətraflı-->