ŞAGİRDLƏRİMİZİN UĞURU264 nömrəli məktəb-liseyin II-VIII sinif şagirdləri məktəbimizin İnformatika müəllimi Xəlilova Aişənin rəhbərliyi ilə Azərbaycan dili, Riyaziyyat, İngilis dili, Həyat bilgisi, Məntiq, İnformatika fənləri üzrə Kings olimpiadasında iştirak etmişlər.
Ən yüksək nəticə göstərən şagirdlərimiz "Kings Liqası" layihəsində iştirak etmək hüququ qazanaraq Qızıl, Gümüş, Bürünc medal, diplom və sertifikatlar qazanmışlar.
IX SİNİF BURAXILIŞ İMTAHANLARININ NƏTİCƏLƏRİ17.03.2024-cü il tarixində keçirilən buraxılış imtahanlarının nəticələrinə əsasən 264 nömrəli məktəb-lisey üzrə 197 şagirddən 46 nəfəri 200 baldan yüksək, 15 nəfər isə 250 baldan yuxarı nəticə göstərmişdir.
ŞAGİRDİMİZ GÜMÜŞ MEDAL QAZANIB23-25.03.2024-cü il tarixində məktəbin 6d sinif şagirdi Rüstəmli Rəsul Anar oğlu Polşada keçirilən VIII Bytom Beynelxalq judo liqasında 46 kq çəki dərəcəsində yarışaraq II yerə layiq görülərək gümüş medal qazanmışdır.
Rüstəmi təbrik edir, gələcəkdə daha böyük qələbələrə imza atacağına inanırıq.
264 nömrəli məktəb-lisey 1981-ci ildən Ətraflı-->