Şagirdimiz RFO-da bürünc medal qazandı RFM-nin final mərhələsinin nəticələri elan edilib. Nəticələrə əsasən məktəbimizin 6 c sinif şagirdi Bağızadə Uğur RFM-də riyaziyyat fənni üzrə 78 bal toplayaraq III yer bürünc medala layiq görülmüşdür. Uğuru və fənn müəlimini təbrik edirik. Uğurlarınız davamlı olsun.
#MÜTDA #ARTİ #EduAz #Məktəb #Müəllim #Şagird #ElmvəTəhsilNazirliyi #BŞTİ #264nömrəliMəktəb-Lisey
#vurtualməktəb #fəalməktəb #bakıməktəbləri #RFM
Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasının qalibiNoyabrın 30-da Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Mərasimdə məktəb-liseyin III yerin qalibi olmuş 6c sinif şagirdi Uğur Bağızadə də iştirak edərək bürünc medal və diplomla təltif olunmuşdur.
Uğuru məktəb rəhbərliyi və kollektivi adından təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq!
#Məktəb #Müəllim #Şagird #ElmvəTəhsilNazirliyi #BŞTİ #264nömrəliMəktəb-Lisey
#vurtualməktəb #fəalməktəb #bakıməktəbləri #MÜTDA #ARTİ
Şagirdimiz "Ən yaxşı təqdimat" müsabiqəsində uğur qazanıb!Məktəbimizin 10Ç sinif şagirdi Əhədzadə Tərlan, Ulu Öndər Heydər Əliyevin 102-ci ildönümünə həsr edilmiş "Ən yaxşı təqdimat" müsabiqəsində 3-cü yerə layiq görülüb.
Həmçinin şagirdimiz keçən tədris ili, final turu Naxçıvanda keçirilən "Qərbi Azərbaycana Qayıdış" olimpiadasınında qalibidir.
Onu qeyd edək ki, şagirdimiz həm də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin layihəsi əsasında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin üzvüdür.
Ona bu uğurda dəstək göstərən tarix müəllimi İradə Əhmədovaya və sinif rəhbəri Alvina Həsənova təşəkkür edirik!
Şagirdimizi bu uğuru münasibətilə məktəb rəhbərliyi və kollektivi adından təbrik edir, gələcək fəaliyyətində uğurlar arzu edirik!
#MÜTDA #EduAz #Məktəb #Müəllim #Şagird #ElmvəTəhsilNazirliyi #BŞTİ #264nömrəliMəktəb-Lisey
#vurtualməktəb #fəalməktəb #bakıməktəbləri
264 nömrəli məktəb-lisey 1981-ci ildən Ətraflı-->