Məktəb-liseyin kollektivi Qarabağda
28 May - Müstəqillik Günü ilə əlaqədar məktəb-liseyin pedaqoji heyəti Qarabağa səfər edib. Kollektivin üzvləri Xankəndi, Şuşa, Laçın şəhərlərində, Qarabağ Universitetində olub, Ağdam Cümə Məscidini, Əsgəran qalasını, İsa bulağını, Laçın seyrəngahını ziyarət ediblər.