Bilik günü

2024/2025-ci tədris ilinin başlanması ilə əlaqədar "Bilik günü" tədbiri keçirilib.

16 sentyabr 2024-cü ildə 2024/2025-ci tədris ilinin başlanması ilə əlaqədar "Bilik günü" tədbiri keçirildi.Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlandı.Bayrağımızın Müstəqil Azərbaycanımızda,işğaldan azad olmuş torpaqlarımızda dalğalanması üçün canını qurban vermiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə məktəb rəhbərliyi, müəllim və şagird heyəti, valideynlər iştirak etmişdirlər.

Tədbirdə çıxış edən məktəbin direktoru Kəmalə Quliyeva ilk növbədə “Bilik günü” münasibətilə məktəbliləri, valideyn və müəllimləri təbrik edib, onlara yeni dərs ilində uğurlar arzulayıb. Ötən tədris ilinin uğurlarından danışıb,şagirdlərin ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr göstərdiyini vurğulayıb.

Tədbirdə məktəb şagirdlərinin hazırladığı bədii kompozisiya, şerlər, məktəb həyatından bəhs edən mahnılar təqdim olunmuşdur. 2a sinfinin hazırladığı "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş kompozisiya xüsusi ilə diqqəti cəlb etmişdir. Sonda ilk zəng səslənərək birincilər və məktəbin şagirdləri sinif otaqlarına yola salınmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi