Pedoqoji şuranın iclası

11.09.2024-cü il tarixdə məktəbin akt zalında 2024-2025-ci tədris ilinin ilk pedaqoji şura iclası keçirilib. Məktəbin direktoru, pedaqoji şuranın sədri Kəmalə Quliyeva şura üzvlərini salamlayıb, yeni tədris ilində hər kəsə uğurlar arzulayıb. 2024-2025-ci tədris ilində II-XI siniflərdə ilk dərslərin "Yaşıl dünya naminə həmrəylik " mövzusuna həsr olunacağı pedaqoji heyətin nəzərinə çatdırılıb. 

İclasda ötən tədris ilinin buraxılış imtahanlarının nəticələri, aparılan monitorinqin nəticələri, dərs bölgüsü müzakirə edilib. Şagirdlərin fənn olimpiadalarında, müxtəlif müsabiqələrdə uğurlu iştirakı, buraxılış imtahanı nəticələrinin yüksəldilməsi, şagirdlərin sağlamlığının, təhlükəsizliyinin qorunması, bilik və bacarıqlarının inkişaf etdirilməsi istiqamətində valideynlərlə sıx əməkdaşlığın təmin edilməsi prioritet istiqamətlər kimi müəyyənləşdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi