EKOLOJİ TERROR MÖVZÜSUNDA ŞAGİRDLƏRİN TƏQDİMATI DİNLƏNİLİB

“Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP 29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının təşkil edilməsi” ilə bağlı Elm və Təhsil Nazirliyinin 2024- cü il üçün Tədbirlər Planının 3.4 bəndinə əsasən 260 nömrəli tam orta məktəbdə "İşgal altında olmuş torpaqlarda törədilən ekoloji terror" mövzusunda məktəbin coğrafiya fənn müəllimi Süleymanlı Hacının rəhbərliyi ilə 10.06.2024-cü il tarixdə dəyirmi masa keçirildi.Dəyirmi masada məktəb rəhbərliyi.7-9-cu sinif şagirdləri iştirak etdilər. Müəllim1988-ci ildən başlayaraq ermənilər və onlara havadarlıq edən qüvvələr tərəfindən Azərbaycana qarşı başlanan müharibədə torpaqlarımızın 30 ilə yaxın işğal altında qalması, şəhər və kəndlərin dağıdılması, dinc əhalinin genosidi və eyni zamanda bitki və heyvanlar aləminin məhv edilməsi ilə nəticələndiyi haqqında məlumat verdi

Ekoloji terrorun ölkə və ya şəxs tərəfindən digər ölkənin flora və faunasına zərər yetirmək, təbii sərvətlərini məhv etməklə bilərəkdən vurulan ziyan olduğunu şagirdlərin diqqətinə çatdırdı. Şagirdlər erməni işğalı nəticəsində flora və faunamıza vurulan zərər bu sahədə görülən tədbirlərlə bağlı apardıqları araşdırmaların nəticəsində hazırladıqları videotəqdimatlar, yazdıqları referatları təqdim etdilər. Şagirdlər hazırladıqları təqdimatlarda ekoloji terrorun qarşısının alınması üçün dövlət tərəfindən həyata keçirilən tədbirlər haqqında məlumat verdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi