"BİZ TƏBİƏTİ SEVİRİK" ADLI BİLİK YARIŞI KEÇİRİLİB

Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Azərbaycan Respublikası elm və təhsil nazirinin 15.03.2024-cü il tarixli, 3-29/3-145F/2024 nömrəli əmri ilə təsdiqlənmiş Tədbirlər Planına,

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Tədbirlər Planına və məktəb üzrə təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı Pərvanə Hüseynovanın və məktəbin biologiya müəllimləri Aslanova Aybəniz və Mirzəyeva Aynur müəllimin birgə əməyi sayəsində 04.06.2024- cü il tarixdə Biologiya fənni üzrə 7a,b,c sinifləri arasında "Biz təbiəti sevirik"adlı bilik yarışı keçirildi.Üç turdan ibarət olan yarışda fasilə zamanı məktəbin musiqi müəllimi Ramazanova Gülnarə müəllimin 6a,b sinif şagirdləri ilə hazırladığı "Yeddi çiçək,yeddi gül" və "Dünya bizə tapşırılıb" adlı mahnıları yarışa xüsusi rəngarənglik qatdı.Məktəb rəhbərliyinin iştirakı ilə keçən yarışda 7a sinfini təmsil edən komanda qalib oldu.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi