1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.

Beynəlxalq Uşaq Günü dünya ictimaiyyətinin uşaqların müdafiəsi istiqamətində müharibələrə yox deyərək,uşaqların sağlamlığının qorunması

,onların demokratik ənənələrlə düzgün tərbiyəsi günüdür.

31.05.2024-cü il tarixdə İ.Cəfərov adına 260 nömrəli tam orta məktəbdə "1İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü"ilə əlaqədar tədbir keçirildi.Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı.Bütöv Azərbanımızı bizlərə bəxş edən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.Məktəbin direktoru Kəmalə Quliyeva uşaqları bayram münasibəti ilə təbrik etdi,onlara xoşbəxtlik və parlaq gələcək arzuladı.Bildirdi ki,Ulu Öndərimiz Heydər Əliyevdən bizə miras qalan və bu gün onun layiqli davamçısı olan Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və uzaqgörən siyasəti nəticəsində çiçəklənən Azərbaycanımızı layiqli təmsil etmək üçün daim yaxşı oxumalı,biliklərini artırmalıdırlar. Direktor müavini Sevil Abdurahmanova uşaqları təbrik edərək onlara xalqımıza layiqli vətəndaş olmalarını arzuladı.Təşkilati işlər üzrə direktor müavini Pərvanə Hüseynova öz təbrikində uşaqlara sülh,firəvanlıq,xoşbəxt həyat arzuladı.

Şagirdlərin biri birindən gözəl mahnıları,rəqsləri,şeiləri ilə tədbir sona çatdı.

Hər zaman üzünüz gülsün,Əziz balalar!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi