"VALİDEYNLƏRİN MƏKTƏBDƏ BİR GÜNÜ" LAYİHƏSİ DAVAM EDİR

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 13.05.2024-cü il tarixli 3-29-59/3-2-246F/2024 nömrəli əmri ilə təsdiq edilmiş "Ailəm və məktəbim" layihəsinin keçirilməsi ilə bağlı Tədbirlər planının 3-cü bəndinə əsasən valideynlərin övladlarının təhsil aldıqları müəssisə ilə yaxından tanışlığının təmin olunması,məktəbin tədris resusları və məktəbdə həyata keçirilən layihələr barədə məlumatlandırılması məqsədi ilə 07.06.2024-cü il tarixdə Xətai rayonu İ. Cəfərov adına 260 nömrəli tam orta məktəbdə "Açıq qapı " günü təşkil olundu. Məktəb rəhbərliyi valideynləri qarşıladı. Səmimi söhbətdən sonra valideynlər məktəbin kitabxanası, idman zalı, fənn laboratoriyaları, kompüter otaqları, bufeti və s. ilə yaxından tanış oldular, dərsdinləmələrdə iştirak etdilər.Məqsədimiz valideyn-məktəb -şagird üçbucağını genişləndirmək və bu münasibətləri inkişaf etdirməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi