Məktəbin fəxri

12 sentyabr 2024-cü il tarixində Xətai rayon İcra Hakimiyyətində yüksək bal toplayaraq ali təhsil müəssisələrinə daxil olan gənclərlə görüş keçirilib.

Tədbirdə Xətai rayon İcra Hakimiyyəti başçısı Rafiq Quluyev, YAP Xətai rayon Təşkilatının sədri Vüqar Rəhimzadə, rayon prokuroru Sərdar İmanov, Bakı şəhəri Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, rayon Ağsaqqallar Şurasının sədri Mürvət Əsgərov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Xətai rayon İdarəsinin rəisi Nicat Həsənov, məktəb direktorları, yüksək nailiyyətlər göstərərək tələbə adını qazanan gənclər iştirak ediblər.

650 baldan yuxarı nəticə göstərən gənclərə fəxri fərman və hədiyyələr təqdim edilib.

Tədbirdə 260 N-li məktəbin məzunu 683 balla Ali Neft Məktəbinə daxil olan Zeynallı Zeynəbdə iştirak edib və Xətai Rayon İcra Hakimiyyəti tərəfindən Fəxri Fərmanla, hədiyyə ilə təltif olunub.

Ümumilikdə 2023-2024-cü tədris ilində məktəbimizi bitirən 52 şagirdin 41-i Ali Məktəblərə qəbul olunub.Əksəriyyət məzunlarımız 600 baldan yuxarı nəticə göstərib.

Ali məktəblərə qəbul olunmuş şagirdləri təbrik edirik, onlara Azərbaycanımızın gələcəyi inkişafı yolunda layiqli vətəndaş olmaları üçün uğurlu təhsil arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi