" Ramazan ətirli Novruz" mövzusunda sinif təşkilat saatı

"Dəyərlərimizi qoruyaq"layihəsinin həyata keçirilməsi istiqamətində silsilə tədbirlər həyata keçirilib.

Xətai rayonu İ.Cəfərov adına 260 nömrəli tam orta məktəbin 1 “b” sinfində 13.03.2024 -cü il tarixində sinif rəhbəri Hacıyeva Pərvanənin təşkilatçılığı ilə " Ramazan ətirli Novruz" mövzusunda sinif təşkilat saatı keçirildi.Şagirdlər Novruz bayramının adətləri,Novruzun atributlarından olan xonçanın,tonqalın,səməninin,boyalı yumurtaların hazırlanma ardıcıllığını söylədilər.Sonra novruza aid şeirlər,bayatılar,mahnılar səsləndirdilər.Kosa və Keçəl məclisə daxil oldu və maraqlı çıxışdan sonra uşaqlarla yumurta döyüşdürdülər.

Sonda məktəbin direktoru Kəmalə Quliyeva ,təlim-tərbiyə işləri üzrə direktor müavini Sevil Abdurahmanova və məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Pərvanə Hüseynova uşaqları bayram münasibətilə təbrik etdilər və xoş arzularını bildirdilər.

Ramazan ətirli Novruz bayramınız mübarək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi