MƏHƏMMƏD FÜZULİNİN "LEYLİ VƏ MƏCNUN" ƏSƏRİ TƏHLİL OLUNUB

“Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunmuş"Məhəmməd Füzuli ayı” çərçivəsində 24.04.2024-cü il tarixdə İ. Cəfərov adına 260 nömrəli tam orta məktəbin Ədəbiyyat müəllimi Şirəliyeva Gülanə 10 b sinfi ilə klassik ədəbiyyatımızın görkəmli nümayəndəsi, dərin fəlsəfi yaradıcılığı olan sənətkarımız Məhəmməd Füzulinin “ Leyli və Məcnun” əsəri təhlil olunmuşdur. Təhlil zamanı məktəb rəhbərliyi və psixoloq iştirak etmiş, şagirdlərlə bərabər verilən suallara cavab tapmış, əsərin təhlilində öz fikirlərini şagirdlərin nəzərinə çatdırmışlar. Əsərdəki hər bir obraz şagirdlər tərəfindən analiz olunmuş, obrazlara öz münasibətlərini bildirmişlər. Şagirdlərin birinin dediyi fikir əsər müzakirəsinin yekunu idi. “ Məcnunu məntiqlə dərk etmək, anlamaq mümkün deyil. Onu yalnız qəlblə anlamaq mümkündür. Çünki Məcnun qəlbi ilə hərəkət edirdi, məntiqilə deyil” .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi