“Böyük qayıdışın başlanğıcı” adlı hərbi bilik yarışı

29.04.2024-cü il tarixdə Təlimə Dəstək Mərkəzində Aprel döyüşlərinin ildönümünə həsr edilmiş “Böyük qayıdışın başlanğıcı” adlı hərbi bilik yarışmasının rayon turu keçirilib.

Yarışda Təlimə Dəstək Mərkəzinin direktor müavini Zaur Balaqadaşav, metodisti Qılman Eyvazov və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Çağırışaqədərki Hazırlıq İdarəsinin nümayəndəsi polkovnik-leytenant Rəşad Quliyev çıxış ediblər.

Yarışın məqsədi gənclərin bu fənnə olan maraqlarının stimullaşdırılması, peşə yönümünün hərbi ixtisaslara istiqamətləndirilməsi, şagirdlər arasında Vətən sevgisinin, vətənpərvərlik tərbiyəsinin və orduda xidmət etmək meyillərinin gücləndirilməsidir.

Yarışda hər məktəbi 4 şagirddən (2 oğlan, 2 qız) ibarət olmaqla bir komanda təmsil etmişdir.

“Kahoot” proqramı üzərində həyata keçirilən yarışın qiymətləndirilməsi Çağırışaqədərki hazırlıq fənni üzrə bütün mövzuları əhatə etmişdir.

İ.Cəfərov adına 260 nömrəli tam orta məktəbin şagirdlərinin yarışda iştirakını məktəbin hərbi hazırlıq müəllimi Mirəli Mirsucayev təmin etmişdir.

Yarışda məktəbimizi təmsil edən X sinif şagirdləri Mirzəyeva İnci,Kərimli Aylin,Baxşıyev Hüseyn,Bayramov Elvin ilk mərhələnin qalibi olmuş,növbəti mərhələlərdə də fəal iştirak etmişlər.

Gənclərdə vətənpərvərlik hissini gücləndirilməsində böyük əhəmiyyət kəsb edən yarışın təşkilatçılarına təşəkkürümüzü bildiririk.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi