XƏTAİ RAYONU HEYDƏR ƏLİYEV PARKINDA KEÇİRİLƏN KƏLAĞAYI FESTİVALINDA MƏKTƏB RƏHBƏRLİYİ,MÜƏLLİM VƏ ŞAGİRDLƏRİMİZ İŞTİRAK EDİB

Kəlağayı ulu nənələrimizdən bizə yadigar qalan mirasdır.Bu məqsədlə 27 aprel 2024-cü il tarixdə Xətai rayonu Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində Xətai rayon İcra Hakimiyyətinin, “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyin və Kəlağayı Muzeyinin birgə təşkilatçılığı ilə“Sazlı-sözlü Kəlağayı günləri” adlı layihə çərçivəsində keçirilən Kəlağayı Festivalına həsr olunmuş konsert proqramı, milli atributlarımızı təbliğ edən kəlağayı sərgisi təşkil olunub.

Festivalda Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyin sədri Güllü Eldar Tomarlı, tanınmış müğənnilər, aşıqlar, gənc müğənnnilər, rəqs qrupları, şəhid anaları, sakinlər iştirak ediblər. Kəlağayıya, əsrlərin sınağından üzüağ çıxıb gələn digər milli-mənəvi dəyərlərimizə diqqət, qayğı, onun yüksək səviyyədə təbliği, tanıdılması bu günkü və gələcək nəsillərin tərbiyəsində, Vətənini, millətini sevən nəsil yetişdirməkdə mühüm məsələdir.

Bədii hissə ilə davam edən festivalda rəsm əsərləri, əl işləri və kəlağayılar sərgilənib.

Məktəbimizin müəllim və şagirdləri festivaldan xoş əval-ruhiyyə ilə qayıdıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi